“Dreyk lənəti” yaşanacaq? – Onun qələbəsinə yarım milyon dollar mərc etdi
Məşhur reper Dreyk Aleksandr Volkanovskinin qələbəsinə 545 min dollar mərc edib.
Aut.az xəbər verir ki, bu barədə “Happy Punch” məlumat yayıb.
Aprelin 12-dən 13-nə keçən gecə Mayamidə baş tutacaq UFC 314-ün əsas döyüşündə avstraliyalı Dieqo Lopeslə Volkanovski döyüşəcək.
Məsələ burasındadır ki, Dreyk əksər mərclərində məğlub olub. Bununla əlaqədar mərc ictimaiyyətində hətta “Dreyk lənəti” haqqında zarafatlar da var.
Volkanovski keçirdiyi dörd döyüşün son üçündə, iki dəfə İslam Maxaçova, daha sonra isə titul uğrunda İliya Topuriyaya məğlub olub. UFC-də debütündə Movsar Yvloyevə uduzduqdan sonra Lopes ardıcıl beş döyüşdə qalib gəlib.
Aut.az
