Güləş

Avropa çempionatı: Azərbaycan güləşçisi erməniyə qalib gələrək, medal görüşünə vəsiqə qazandı

Azərbaycanın daha bir yunan-Roma güləşçisi Beka Kandelaki (130 kq) Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında bürünc medal uğrunda görüşə vəsiqə qazanıb.

Aut.az xəbər verir ki, 29 yaşlı idmançı təsəlliverici qarşılaşmada ermənistanlı David Ovasapyandan üstün olub. Kandelaki rəqibini 2:0 hesabı ilə üstələyib.

Bu gün beş yunan-Roma güləşçisi mübarizəyə başlayacaq.