Həbib onlara müraciət etdi: Geriyə yol yoxdur
Əfsanəvi UFC döyüşçüsü Həbib Nurməhəmmədov titul döyüşləri öncəsi İslam Maxaçev və Ömər Nurməhəmmədova müraciət edib.
Aut.az xəbər verir ki, bu yanvarın 18-dən 19-na keçən gecə Maxaçev yüngül çəkidə UFC çempionu titulu uğrunda braziliyalı Renato Moykano ilə, Umar isə UFC-nin kəməri uğrunda gürcü Merab Dvalişvili ilə döyüşəcək.
“İslam, sən ən yaxşısan, qardaş. Sadəcə öz işinlə məşğul ol. Ömər, sən bunun üçün çox çalışmısan. Yalnız irəli – geriyə dönüş yoxdur”, – Həbib sosial şəbəkələrdə yazıb.
Aut.az
