“Onu nokaut edəcəyimə inanmırlar”
Hazırkı UFC çempionu (61 kq-a qədər) amerikalı Şon O’Malli maraqlı açıqlama verib.
Aut.az xəbər verir ki, o, yüngül çəkidə çempion olan İlya Topuriyanı (İspaniya) nokaut edə biləcəyinə əmin olduğunu bildirib:
“Bu oğlan sizin həyatınızı dəyişə bilər. Bu, həqiqətən qorxuludur. Düzünü desəm, azarkeşlərin Merab Dvalişvili ilə döyüşümü görmək istəyib-istəmədiyini bilmirəm. Düşünürəm ki, onlar mənim çıxıb İlyanı nokaut edəcəyimə inanmırlar”.
