Qaydasız döyüş

Topuriyanın UFC-də son hədəfi nədir? – Mənə bu sualı vermə

İspan-Gürcüstan əsilli 28 yaşlı məğlubiyyətsiz UFC çempionu İliya Topuriya karyerasında əsas məqsədi haqda danışıb.

Aut.az xəbər verir ki, Topuriya üçüncü UFC çempionluq kəmərini qazanmaq istədiyini bildirib.

– UFC tarixində heç kim üç müxtəlif çəki dərəcəsində titul qazana bilməyib. Son məqsədiniz başqa bir kateqoriyanı fəth etməkdir?

– Mənə bu sualı vermə (gülür). Amma bəli, bu mənim məqsədimdir – “Abc.es” portalı Topuriyadan sitat gətirib.

Daha əvvəl İliya məlumat vermişdi ki, Şimali Amerika liqasının rəhbərliyi ondan hələlik orta çəkiyə keçmək istəyi barədə danışmamağa söz verməsini xahiş edib.

Xatırladaq ki, UFC 317 turnirinə başçılıq edən son döyüşündə Topuriya braziliyalı Çarlz Oliveyraya ilk raundda nokautla qalib gəlmişdi. Beləliklə, “Matador” yüngül çəkidə yeni UFC çempionu oldu.

Aut.az