Qaydasız döyüş

Əfsanə Ağ Evdə döyüşmək üçün qayıdır?

İki çəki dərəcəsində keçmiş UFC çempionu, amerikalı Con Cons karyerasını bitirdiyini elan etməsinə baxmayaraq ictimaiyyətin diqqətini cəlb etməkdə davam edir.

Aut.az xəbər verir ki, Con Ağ Evdə döyüşmək istədiyinə eyham vurub.

“Bəlkə Ağ Evdə dava edək?” Cons “X” sosial şəbəkəsində yazıb.

Con Consun 37 yaşı var. Amerikalı UFC-də 2008-ci ildə debüt edib. O, ağır çəkidə (120 kq-a qədər) və iki dəfə yarımağır çəkidə (93 kq-a qədər) çempion olub. 2025-ci ildə karyerasını 28 qələbə və bir məğlubiyyətlə başa vurub.

Aut.az