MMA-də yenilik: Ayaqları olmayan rəqibi ilə döyüşdü – FOTO/VİDEO
Mayamidə keçirilən turnirin əsas döyüşü MMA dünyasında geniş müzakirələrə səbəb olub.
Aut.az xəbər verir ki, oktaqonda braziliyalı ağırçəkili Valter Valter ilə ayaqsız doğulan amerikalı döyüşçü Zayon Klark üz-üzə gəlib.
Döyüş Karate Combat təşkilatı çərçivəsində baş tutub və artıq birinci raundun üçüncü dəqiqəsinin ortalarında başa çatıb. Daha əvvəl UFC-də çıxış təcrübəsi olan Valter əvvəlcə ehtiyatlı davranıb və hətta rəqibinə hücum etmək imkanı verib. Lakin sonra tempini artırıb, Klarkın arxasına keçərək boğucu fənd tətbiq edib.
Zayon Klark nadir kaudal reqressiya sindromuna görə fiziki məhdudiyyətlərinə baxmayaraq, əvvəllər güləşdə uğurlar qazanmış və hətta 2022-ci ildə MMA-da debüt döyüşündə qalib gəlmişdi. Ancaq bu dəfə çəki və fiziki ölçü fərqi həlledici rol oynayıb.
Aut.az
حقق Alter Walker الفوز على Zion Clark عن طريق الإخضاع (خنق خلفي – Rear Naked Choke) في الجولة الأولى خلال حدث Karate Combat 59 🔥🥋#KC59 #KarateCombat pic.twitter.com/Pz7VHo3Lyj
— Nizal Nation MMA (@NizalNation) February 15, 2026
