Boşanması haqda ilk dəfə danışdı: Heç kim ailəsi ilə…
Hazırkı UFC çempionu, məğlubedilməz 29 yaşlı ispan-gürcü İlya Topuriya boşanması ilə bağlı ilk dəfə açıqlama verib.
Aut.az xəbər verir ki, ACD MMA döyüşçünün sözlərini sitat gətirib:
“Bu, həyatımda bir məyusluq idi. Heç kim ailəsi ilə əlaqələrini kəsmək istəmir, xüsusən də evdə kiçik bir qızınız varsa”.
Xatırladaq ki, Topuriya ailə problemləri səbəbindən karyerasına fasilə verdi və titulunu qoruya bilmədi. Nəticədə, Castin Qetci və Paddi Pimblett müvəqqəti titul uğrunda mübarizə apardılar. Qetci rəqibini məğlub etdi və indi amerikalı Topuriya ilə Ağ Evdə keçiriləcək yarışda qarşılaşacaq.
Aut.az
