Döyüşməkdən imtina etdi
MMA döyüşçüsü MMA İkram Aliskerov Entoni Hernandez ilə döyüşməkdən imtina edib.
Aut.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Rusiyalı döyüşçü fevralın 18-də UFC298 turniri çərçivəsində baş tutmalı olan görüşə zədə səbəilə çıxmayacağını bildirib:
“4 həftədir ki, dirsəyimi sağaltmağa çalışıram, amma infeksiya getməyib. Komanda və mən mübarizədən çəkilmək qərarına gəldik. Qayıtmağa çalışacağam”.
İkram Aliskerov MMA-də 16 döyüş keçirib və 15 qələbə qazanıb. Antoni Hernandes isə 18 döyüşdən 16-da rəqiblərindən üstün olub.
