Həbib İslamı onunla döyüşməyə qoymur?
İki çəki dərəcəsində keçmiş UFC çempionu amerikalı Henri Sehudo hesab edir ki, Həbib Nurməhəmmədov İslam Maxaçevlə İliya Topuriya arasında döyüşü istəmir.
Aut.az xəbər verir ki, Sehuda bu barədə Mayk Bona danışıb.
“İslam artıq yüngül çəki çempionuna şans verib. Və Həbib yəqin ki, İlyanın ilk olaraq namizəd adı uğrunda mübarizə aparmasını israr edir. Mənə elə gəlir ki, İslam hər kəslə döyüşməyə hazırdır. Amma Həbib dostunu saxlayır. Ona görə də mən İslamın Qetci döyüşəcəyinə mərc edərdim”, – Sehudo deyib.
Bundan əvvəl UFC-nin keçmiş çempionu Robert Uittaker Maxaçev-Topuriya döyüşünün dərhal təşkilinə çağırıb.
Aut.az
