Qaydasız döyüş

Nurməhəmmədov məşhur aktyorla görüşdü – FOTO

Yüngül çəkidə “Bellator” çempionu (70 kq-a qədər) Osman Nurməhəmmədov  məşhur fransız aktyoru Ömər Si ilə görüşüb.

Aut.az xəbər verir ki, Osman bu barədə sosial şəbəkədə paylaşım edib. O, Aktyorla fotosunu paylaşaraq yazıb:

“Onu tanıdınız?”

Ömər 2011-ci ildə “1+1” filminin nümayişindən sonra geniş populyarlıq qazandı. Daha sonra o, bir sıra məşhur filmlərdə, o cümlədən “Şokolad”, “Şef Adam Cons” və başqalarında rol aldı.

Ümumilikdə Nurməhəmmədovun 19 döyüşdə 19 qələbəsi var. İdmançı səkkiz dəfə nokautla qalib gəlib.

Aut.az

Nurməhəmmədov məşhur aktyorla görüşdü – FOTO