Cud Bellingemdən sonra qardaşını da transfer etmək istəyirlər
“Sanderlend”in yarımmüdafiəçisi Cob Bellingem karyerasını Almaniyada davam etdirə bilər.
Aut.az xəbər verir ki, bu barədə “The Times” məlumat yayıb.
Mənbənin sözlərinə görə, 19 yaşlı ingilis futbolçu ilə Dortmund “Borussiya”sı maraqlanır. Bu transferin Almaniya təmsilçisinə 29,5 milyon avroya başa gəlir bilər.
Cobun hazırda “Real”ın formasını geyinən qardaşı Cud da vaxtilə Dortmund klubunda çıxış edib.
Qeyd edək ki, hazırkı mövsümdə Cob Çempionşipdə “Sanderlend”in heyətində 40 oyunda meydana çıxıb, 4 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun İngiltərə klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimi qüvvədədir. “Transfermarkt” futbolçunu 22 milyon avro dəyərində qiymətləndirir.
Aut.az
