Qaydasız döyüş

Görün Həbib məşqçisinə Dubayda nə hədiyyə etdi – FOTO

Qarışıq döyüş növləri üzrə əfsanəvi amerikalı məşqçi Xavyer Mendes yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədovun ona Dubayda mənzil aldığını bildirib.

Aut.az xəbər verir ki, İslam Maxaçev, Ömar və Osman Nurməhəmmədovun məşqçisi olan 54 yaşlı Mendes podkastında Həbibin səxavətli hədiyyəsindən danışıb.

“Xavyer nəhayət ki, əla işıqlandırma ilə yeni bir dəbdəbəli yerə sahib oldu. Bu podkastlar on qat daha çox baxış əldə edəcək”, -aparıcı podkastın son epizodunda bildirib.

“Sağ ol, Həbib. O, mənə yeni mənzil verdi”, – Mendes deyib.

Görün Həbib məşqçisinə Dubayda nə hədiyyə etdi – FOTO

Aut.az