Ağlını itirdi, özünü Papa elan etdi – FOTO
UFC əfsanəsi Konor Makqreqor yeni Papanın seçilməsi xəbərinə olduqca qəribə reaksiya verib.
Aut.az xəbər verir ki, irlandiyalı sosial mediada ənənəvi Papa geyimində süni intellekt tərəfindən yaradılmış şəklini təxribatçı başlıq ilə yerləşdirib.
“Sürpriz, sürpriz, qancıqlar, kral qayıtdı!” – Konor yazıb.
Bu ifadə 10 il əvvəl Joze Aldonu sensasiyalı şəkildə nokaut edən və müsahibə zamanı bu sözləri qışqıran Makqreqorun özünün məşhur çıxışına istinaddır.

Aut.az
