“Barselona”nın dərdi bitmir: Yeni transferi qeydiyyatdan keçirə bilmirlər
“Barselona” “Leypsiq”dən transfer etdiyi yarımmüdafiəçi Dani Olmonu maliyyə problemləri səbəbindən qeydiyyatdan keçirə bilmir.
Aut.az xəbər verir ki, bu barədə “Cadena SER” məlumat yayıb.
“Barsa” ABŞ-ın “Aramark” şirkəti ilə ili itkisiz başa vurmağa imkan verən böyük razılaşmasına baxmayaraq, hələ də maliyyə fair-play qaydalarına əməl edə bilmir. Klub yeni oyunçuları qeydiyyatdan keçirə bilmir. Bunun üçün bəzi futbolçularını satmalıdır.
Kataloniya klubunun maddi sıxıntıya görə yeni transferlərlə bağlı problemi ilk dəfə deyil. 2022-ci ildə “Barselona”nın yeni mövsümün startına kimi polşalı hücumçu Robert Levandovski də daxil olmaqla, 5 futbolçunu qeydiyyatdan keçirə bilməmişdi. Amma sonradan klub problemi həll edə bilib.
Qeyd edək ki, Avro 2024-ün bombardirlərindən biri olan Olmo avqustun 9-da 55 milyon avroya transfer olunub.
“Barselona” İspaniya çempionatında ilk oyununu avqustun 17-də “Valensiya”ya qarşı keçirəcək.
Aut.az
