DÇ-2026: Bu gün 7 oyun keçiriləcək
Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyunlar keçiriləcək.
Aut.az xəbər verir ki, dörd qrupda ümumilikdə 7 görüş baş tutacaq.
Bütün matçlar eyni vaxtda başlayacaq.
B qrupunda 2-ci turun oyunları keçiriləcək ki, Kosovo İsveçi, İsveçrə isə Sloveniyanı qəbul edəcək.
C qrupunda isə 2-ci tur çərçivəsində Belarus – Şotlandiya və Yunanıstan – Danimarka görüşləri baş tutacaq.
İ qrupunun yeganə qarşılaşmasında İtaliya səfərdə İsrail ilə üz-üzə gələcək.
Nəhayət, L qrupunda 5-ci tur çərçivəsində Xorvatiya Monteneqronu, Cəbəllüttariq isə Farer adalarını qonaq edəcək.
Qeyd edək ki, ötən həftə ilk sınağında səfərdə İslandiyaya böyük hesabla (0:5) uduzan Azərbaycan millisi qrupda növbəti oyununu sabah – 9 sentyabrda Bakıda Ukraynaya qarşı keçirəcək.
DÇ-2026, seçmə mərhələ
8 sentyabr
B qrupu
22:45. Kosovo – İsveç
22:45. İsveçrə – Sloveniya
Xal durumu: İsveçrə – 3, İsveç – 1, Sloveniya – 1, Kosovo – 0.
C qrupu
22:45. Belarus – Şotlandiya
22:45. Yunanıstan – Danimarka
Xal durumu: Yunanıstan – 3, Yunanıstan – 1, Danimarka – 1, Belarus – 0.
İ qrupu
22:45. İsrail – İtaliya
Xal durumu: Norveç – 12, İsrail – 9, İtaliya – 6, Estoniya – 3, Moldova – 0.
L qrupu
22:45. Xorvatiya – Monteneqro
22:45. Cəbəllüttariq – Farer adaları
Xal durumu: Çexiya – 12, Xorvatiya – 9, Monteneqro – 6, Farer adaları – 3, Cəbəllüttariq – 0.
