Dünya cempionatı

Messi qalmaqallı oyunu xatırladı: Vicdansızlıq etdilər

Argentina millisinin kapitanı Lionel Messi DÇ-2022-də baş tutan Niderlandla qalmaqallı oyun (2:2, pens. 4:3) haqqında danışıb.

Aut.az xəbər verir ki, Leo həmin görüşdə yaşananlar barədə bunları deyib:

“Bir neçə gün əvvəldən niderlandlılar bəyanatlar verməyə başladılar. Bizi bir az incitdilər, xüsusən də baş məşqçi Luis van Qaal və matçdan bir gün əvvəl mətbuat konfransında iştirak edən Memfis Depay. Oyunda qəribə vəziyyətlər oldu ki, bəzi oyunçular, xüsusən də penaltilər seriyasında vicdansızlıq etdilər. Matçdan sonra Argentinanı bu hekayədə cani etmək istədilər, amma o axşam çox şey oldu… Bu gərgin anlarda hər kəs fərqli reaksiya verir. Rəqabət meydanda qalmalıdır”.