Dünya cempionatıDünya futbolu

AFFA dəstək verdi, ərəblər rəsmən müraciət etdi

Səudiyyə Ərəbistanı Futbol Federasiyası 2034-cü ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etmək üçün FİFA-ya ərizə təqdim edib.

Aut.az xəbər verir ki, bununla bağlı qurum bəyanat yayıb:

“Rəsmidir! 2034-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi etmək üçün FİFA-ya niyyət məktubu göndərmişik. Bu, FİFA-ya üzv olan 70-dən çox assosiasiyadan dəstək aldıqdan sonra atdığımız ilk addımdır. Bu rəsmi proqram xalqımızın xəyallarını gerçəkləşdirmək üçün növbəti addımdır. 2034 FİFA Dünya Kuboku bizim dünyaya Səudiyyə Ərəbistanının inkişafının şahidi olmaq, mədəniyyətini və tarixini yaşamağa dəvətimizdir. Biz futbol vasitəsilə dünyanı birləşdirməyə kömək edəcək ən rəqabətli təklifi təqdim etmək üçün çox çalışırıq”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı Futbol Federasiyasını dəstəkləyən futbol qurumları arasında AFFA da var. Federasiya bunun bağlı bəyanat da yayıb.