Onu da məhkəməyə çağırdılar
“Rea”ın müdafiəçisi Eder Militao ötən mövsüm La Liqada “Valensiya” ilə keçirilən oyunda irqçi ifadələrə məruz qaldığı üçün yaxın vaxtlarda zərərçəkmiş şəxs qismində məhkəmə qarşısına çıxacaq.
Aut.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Militaonun qatılacağı gözlənilən məhkəmənin noyabrın 21-də keçiriləcəyi bildirilir. İspaniya məhkəməsi, işdə xüsusi ittihamçı kimi çıxış edən La Liqanın tələbi ilə braziliyalının məhkəməyə çağırılmasına qərar verib.
Aut.az
