Barsa” dağılsaydı da, Messini saxlayardım – Sabiq prezident
“Barsa”nın sabiq prezidenti Joan Qaspar Lionel Messini komandadan gedişi haqda danışıb.
Aut.az xəbər verir ki, Qaspar bildirib ki, həmin vaxt klub prezidenti olsaydı, Leonu nəyin bahasına olursa-olsun saxlayardı.
“Laporta Messinin qalmasını istəyirdi, lakin o, vəziyyətə iqtisadi baxımdan yanaşdı və klubun vəziyyətini nəzərə aldı. Mənim üçün bu addım səhvdir, amma onlar öz işlərini gördülər.
Mən isə “Barsa” dağılsaydı da, Messini saxlayardım”, – sabiq prezident deyib.
Lionel Messi 2021-ci ildə La Liqanın maliyyə məhdudiyyətlərinə görə “Barselona”dan ayrılıb. Bundan sonra o, PSJ-yə keçib. Argentinalı hazırda “İnter Mayami”də çıxış edir.
Aut.az
