Digər

Azərbaycan komandası beynəlxalq turnirdə 31 medal qazanıb

Azərbaycanın bədii üzgüçülük üzrə komandası Birləşmiş Ərəb Əmirliyinin Abu Dabi şəhərində keçirilən beynəlxalq turnirdə 31 medal qazanıb.

Aut.az xəbər verir ki, idmançılarımız ümumilikdə 18 qızıl, 12 gümüş, 1 bürünc medal qazanıblar.

Birləşmiş Ərəb Əmirliyi, Rusiya, Cənubi Afrika Respublikası, Tayvan, Sinqapur, Tunis və Türkiyənin bədii üzgüçülərinin də mübarizə apardığı beynəlxalq yarışda idmançılarımız ən yüksək nəticəni göstəriblər.

Yarışa 8 ölkədən 15 klub və 200 dən çox idmançı qatılıb.