Paris-2024: Azərbaycanın parakamandan oxatanı 28-ci yeri tutdu
Azərbaycanı Paris-2024 Yay Paralimpiya Oyunlarında parakamandan oxatmada təmsil edən Cahan Musayev mübarizəyə qoşulub.
Aut.az xəbər verir ki, idmançımız təsnifat mərhələsində bacarığını göstərib.
C.Musayev yekun sıralamada 568 xalla 30 idmançı arasında 28-ci olub.
Qeyd edək ki, o, 1/16 finalda İran təmsilçisi Mohammad Reza Arab Ameri ilə üz-üzə gələcək. Bu mərhələ sentyabrın 4-də keçiriləcək.
