“İnter”in sahibi dəyişdi: Bu fondun nəzarətinə keçdi
Amerikanın “Oaktree” fondu İtaliyanın “İnter” klubunu nəzarətə götürüb.
Aut.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində jurnalist Fabritsio Romano məlumat verib.
Qeyd olunur ki, bu, “Suning Group”un 368 milyon avro məbləğində kredit borcunu ödəməməsindən sonra baş verib.
“Yeni sahiblik qrupu olaraq biz cəmiyyətə və “İnter”in tarixi irsinə qarşı böyük məsuliyyətimizi dərk edirik. Biz neradzurrinin uzunmüddətli uğuruna sadiqik və inanırıq ki, kluba olan ambisiyalarımız onun İtaliya və bütün dünyadaki ehtiraslı azarkeşlərinin ambisiyalarına uyğun gəlir.
İlkin məqsədimiz klubun əməliyyat və maliyyə sabitliyini təmin etməkdir. Biz “İnter”in rəhbərliyinə böyük hörmətlə yanaşırıq və kluba güclü liderliyi təmin etmək üçün onlarla yaxından işləməyi səbirsizliklə gözləyirik. İkinci ulduzun qazanılması klub üçün həlledici an idi və bizim məqsədimiz uzunmüddətli inkişaf və rifaha doğru əldə etdiyimiz uğuru davam etdirməkdir”, – “Oaktree”nin baş direktoru Alexandro Kano bildirib.
Aut.az
