İtaliya

Pul borcları vardı, xal borcları da oldu

Ötən mövsümün sonunda B Seriyasına düşmüş “Sampdoriya” cəzalandırılıb.

Aut.az xəbər verir ki, komanda B seriyasında yeni mövsümə -2 xal göstəricisi ilə başlayacaq. Bununla bağlı dinləmələr dünən, iyulun 27-də baş tutub.

Klub futbolçuların maaşlarını gecikdirdiyinə görə cəzalandırılıb. Klubun ümumi borcu 995 min avro təşkil edir.

Xatırladaq ki, yayda “Sampdoriya”ya əfsanəvi Andrea Pirlo başçılıq edirdi.

Aut.az