Avropa Liqası: “Bayer” “Atalanta”ya qarşı
Bu gün Avropa Liqasının qalibi bəlli olacaq.
Aut.az xəbər verir ki, həlledici matçda “Bayer” “Atalanta” ilə qarşılaşacaq.
İrlandiyanın paytaxtı “Dublin Arena”da keçiriləcək qarşılaşmaya 23:00-da start veriləcək.
Avropa Liqası
Final
22 may
23:00 “Atalanta” (İtaliya) – “Bayer” (Almaniya)
Baş hakim: İştvan Kovaç (Rumıniya)
“Dublin Arena”, İrlandiya.
