Deputatdan “Aston Villa”ya çağırış: Bu oyundan imtina et
Britaniya parlamentinin Birmingemdən olan deputatı Ayub Xan İsrail komandalarının iştirak etdiyi idman tədbirləri ilə bağlı fikirlərini bildirib.
Aut.az xəbər verir ki, siyasətçinin fikrincə, “Aston Villa” Avropa Liqasında Təl-Əviv “Makkabi”si ilə oynamaqdan imtina etməlidir.
“Aston Villa” mənəvi seçim etməli və “Makkabi” ilə matçdan imtina etməlidir. Mən başa düşürəm ki, bu, xal itirmək deməkdir, lakin bəzi azarkeşlər klubun qərarını mütləq dəstəkləyəcəklər.
İsraildən bir klub Birminghama gələcək və mən təhlükəsizlikdən narahatam. Bu, yerli iş adamlarına, sürücülərə və digər işçilərə aiddir”, – “Sky News”Xandan sitat gətirib.
Aut.az
