İngiltərə

Əfsanə əmindir: Premyer Liqanın çempionu bu komanda olacaq

Mayk Ouen Premyer Liqannın yeni mövsümü ilə bağlı proqnoz verib.

Aut.az xəbər verir ki, Ouen çempionluğa əsas namizədin “Livverpul” olduğunu bildirib.

“Bəzən bu mərhələdə siz hesab edirsiniz ki, proqnozlar verməzdən əvvəl klubların bazarda necə işlədiyini görmək yaxşı olardı. Hələ çoxlu sövdələşmələr edilə bilər, amma bunun əhəmiyyətini düşünmürəm.

Düşünürəm ki, “Liverpul” böyük fərqlə favoritdir. Düşünürəm ki, onların qalib gəlmək şansı 70 faizdir. Və “Liverpul” son bir ayda bir neçə inanılmaz oyunçu ilə müqavilə imzaladı. Onlar ən yaxşı komanda idilər və daha da yaxşı oldular. Düşünürəm ki, onlar yenidən qalib gələcəklər”, – Mersisaydlıların keçmiş hücumçusu deyib.

Aut.az