İngiltərə

Bruno Fernandes MY-dən narazıdır

“Mançester Yunayted”dən Bruno Fernandesin mümkün gedişi barədə söz-söhbətlər davam edir.

Aut.az xəbər verir ki, 31 yaşlı futbolçu klubun idarə olunmasından çox narazıdır. Bu barədə “The Touchline” məlumat yayıb.

Portuqaliyalı yarımmüdafiəçi gələcəyi ilə bağlı qərar verməzdən əvvəl yeni daimi baş məşqçinin təyin olunmasını gözləyəcək. Ehtimal olunur ki, əgər “qırmızı şeytanlar”ın rəhbərliyinin seçimi onu qane etməsə, oyunçu hazır olacaq ki, mühiti dəyişsin.

Fernandese qarşı Səudiyyə Ərəbistanı çempionatının nümayəndələri artıq uzun müddətdir maraq göstərirlər.

Xatırladaq ki, hazırki baş məşqçi Maykl Karrik müvəqqəti olaraq fəaliyyət göstərir və onun müqaviləsi yayadək nəzərdə tutulub. Yanvarın əvvəllərində Rubén Amorim istefaya göndərilib.