İngiltərə

Agentlər yeni namizədlər təklif edir: Rəhbərlik görüşmək istəmir

“Mançester Yunayted” rəhbərliyi komandanın baş məşqçisi Erik ten Haqı istefaya göndərmək niyyətində deyil.

Aut.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Qeyd olunur ki, “Yunayted” bossları niderlandlının yerinə yeni mütəxəssislərin xidmətini təklif edən agentlərlə görüşməkdən imtina edirlər. İdarə heyəti 2022-ci ildə baş məşqçi kimi işə başlayan ten Haqdan razıdır.

Niderlandlının rəhbərliyi altında Mançester klubu bütün turnirlərdə son 5 matçda 3 məğlubiyyət alıb. Premyer Liqada “qırmızı şeytanlar” altıncı (21 xal), Çempionlar Liqasının qrupunda dördüncüdür (3 xal) və artıq İngiltərə Liqa Kubokunda mübarizəni dayandırıblar.

Aut.az