İngiltərə

Mövsüm bitdi: “Liverpul” onun ağır zədə aldığını təsdiqlədi

“Liverpul” rəsmi saytında sağ cinah müdafiəçisi Konor Bredlinin ciddi zədə aldığını açıqlayıb.

Aut.az xəbər verir ki, klubun açıqlamasında deyilir: “Sağ cinah müdafiəçisi “Arsenal”a qarşı Premyer Liqa matçının son dəqiqələrində zədələnib. Bredli yaxın günlərdə əməliyyat olunacaq və bundan sonra məşq mərkəzində reabilitasiya dövrünə başlayacaq. Hazırda onun nə vaxt meydana qayıdacağı ilə bağlı heç bir məlumat yoxdur”.

“Sky Sports”un məlumatına görə, 22 yaşlı futbolçu mövsümün qalan hissəsini buraxacaq.

Bredli bu mövsüm bütün yarışlarda 21 oyunda meydana çıxıb və iki məhsuldar ötürmə edib. Onun müqaviləsi 2029-cu ilin yayına qədərdir. “Transfermarkt”a görə, onun bazar dəyəri 30 milyon avrodur.

Aut.az