İngiltərə

Klub sahiblərinə etiraz: Azarkeşlər stadionu tərk etmədilər – FOTO

“Mançester Yunayted” azarkeşləri “Mançester Siti” ilə oyunda klub sahiblərinə etiraz ediblər.

Premyer Liqanın 31-ci turunda “Old Trafford” da keçirilən derbi 0:0 hesabı ilə başa çatıb.

Aut.az xəbər verir ki, final fitindən sonra “The 1958” azarkeş qrupu tərəfindən yönləndirilən bəzi “Mançester Yunayted” azarkeşləri Qleyzer ailəsinə və bilet qiymətlərinin artırılmasına etiraz olaraq öz yerlərində qaldılar.

Etirazçılar “Qleyzerlərin getməsini istəyirik” şüarları səsləndiriblər. Azarkeşlər həmçinin “Bu sizin borcunuzdur, bizim deyil” və “Azarkeş mədəniyyətini qoruyun. Mənim yerim, sizin borcunuzdur”, “Gleyzerlər, rədd olun” şüarları yazılmış pankartlar asıblar.

BBC qeyd edib ki, aksiyada 500-ə yaxın “Mançester Yunayted” azarkeşi iştirak edib.

Klub sahiblərinə etiraz: Azarkeşlər stadionu tərk etmədilər - FOTO

Aut.az