İspaniya

Prezident narazıdır: Ölkəsinin problemlərini niyə həll etmir?

Karlo Ançelottinin Braziliya milli komandanın baş məşqçi təyin olunması bu ölkənin prezidenti Luiz İnasio Lula da Silvanın ürəyincə olmayıb.

Aut.az xəbər verir ki, o, italiyalı mütəxəssisin heç vaxt öz ölkəsinin yığmasında işləmədiyini qeyd edib:

“O, İtaliya millisində çalışmayıb. Ançelotti son mundialda olmayan İtaliya komandasının problemlərini niyə həll etmir”?

Qeyd edək ki, hazırda “Real”ın baş məşqçisi olan Ançelotti 2024-cü ildən Braziliya millisinə rəhbərlik edəcək.

Prezident narazıdır: Ölkəsinin problemlərini niyə həll etmir?