Dünya futboluİspaniya

“Real”da təsadüfən Ronaldonun ayağına toxunan futbolçu: Cinayət idi

“Real Madrid”in ikinci komandasının keçmiş müdafiəçisi Manu Hernando məşq zamanı Kriştiano Ronaldo ilə baş verən hadisənin ona necə təsir etdiyindən danışıb.

“Təsadüfən Kristianonu təpiklədim. Bunu etmək niyyətində deyildim, hətta ayağımı qoymaq belə istəmirdim, amma vuracağımı hiss edən kimi yerə yıxıldım. O, məndən bir az əvvəl topa toxundu və mən onun axilles vətərinə dəydim.

Bu, cinayət idi. Düşündüm ki, özümü necə də qarışıq vəziyyətə salmışam. Həmin il artıq məşq etmədim”, – hazırda Sequndada “Racinq”də oynayan Hernando deyib.

Futbolçu, şayiələrə baxmayaraq, Madridin onu cəzalandırmadığını aydınlaşdırıb. Əksinə, o, əsas komandanın əvəzedici heyətinə daxil olan oyunçu hesab olunurdu. Lakin o, 2018-ci il mövsümünün hazırlıq mərhələsində zədə almışdı və bu da onun növbəti mövsümdə əsas heyətdə yer almağa uyğun olmaması demək idi.

Aut.az