Arda qəzəbləndi, təpik atdı, yıxıldı
“Real Madrid”in yarımmüdafiəçisi Arda Gülər İspaniya Super Kuboku finalında “Barselona” ilə oyundan (2:3) sonra emosiyalara qapılıb.
Aut.az xəbər verir ki, 20 yaşlı futbolçu 68-ci dəqiqədə Federiko Valverdenin yerinə əvəzetmədən meydana daxil olub. Final fitindən dərhal sonra, “Barsa”nın oyunçuları sevincini qeyd etmək üçün qaçarkən, qəzəblənən Gülər yan xətdən bir neçə metr aralıda olan su şüşəsinə təpik vurub, lakin tarazlığını itirərək sürüşüb.
“Real Madrid” ötən mövsümdən bəri ardıcıl üçüncü finalında “Barselona”ya məğlub olub.
Aut.az
