İspaniya

De Yonqdan “poçtalyon” ləqəbinə reaksiya: Jurnalistlər futbolu bilmirlər  

“Barselona”nın və Niderland millisinin yarımmüdafiəçisi Frenki de Yonq Marko van Basten və Rafael van der Vartın  ona verdiyi “poçtalyon” ləqəbinə reaksiya verib.

Aut.az xəbər verir ki, de Yonq bu barədə İspaniya mətbuatına verdiyi müsahibədə deyib.

– Öz ölkənizdə Marko van Basten və Rafael van der Vaart sizi “poçtalyon” adlandırdılar, dedilər ki, bir toxunuşla oynamaq əvəzinə topu özünüzdə daha çox saxlayırsınız. Bu ləqəb barədə nə düşünürsünüz?

-(Gülür.) Van Basten bunu, düşünürəm ki, milli komandanın oyunundan sonra demişdi. Amma Niderlandda insanlar tez-tez belə şeylər deyirlər, çünki biz çox açıq danışırıq: ağlımıza gələni deyirik. Amma van Bastenin məni “poçtalyon” adlandırdığını deyə bilməzsiniz. O, yalnız bir dəfə həmin matçda poçtalyon kimi oynadığımı dedi və insanlar dərhal bundan yapışdılar.

– Topu özünüzdə çox saxladığınızla bağlı tənqidlərə necə reaksiya verirsiniz?

-Əlbəttə ki, elə vəziyyətlər olur ki, topu daha tez ötürə bilərəm. Amma əgər sizə təzyiq göstərilmirsə və yaxınlıqda sərbəst oyunçu yoxdursa, ötürmənin mənası yoxdur. Topu irəli aparmalısınız. Əgər sərbəstsinizsə və müdafiəçi demək olar ki, sərbəst görünürsə, amma rəqibin ona tərəf hərəkət etdiyini görürsünüzsə, onu ötürməyin mənası yoxdur.

– Sadəcə ona problem yaradacaqsan…

-Düz deyirsən. Bundan əlavə, əgər sərbəstsənsə, seçimlər axtarmalı, rəqibləri özünə cəlb etməlisən, sonra kimsə irəli çıxır, sərbəst zona tapır.

İnsanlar… yaxşı, düşünürəm ki, onların çoxu futbolu yaxşı başa düşmür və ya məndən fərqli fikirdədirlər. Ona görə də yaxşı oynayıb-oynamadığım barədə razılığa gəlmək çox çətin olacaq.

– Sizcə, jurnalistlər futbolu başa düşürlərmi?

-Bəli, bəziləri (Gülümsəyir). Amma başa düşməyənlər hələ də daha çoxdur.

Aut.az