Dünya futboluİspaniya

Ronaldo “Kamp Nou”dakı oyunlar haqda: Yeganə məqsədim onların ağzını yummaq idi

“Real Madrid”in keçmiş hücumçusu, hazırda “Əl-Nəsr”də çıxış edən Kriştiano Ronaldo “Barselona”nın “Kamp Nou” stadionunda oynadığı vaxtları xatırlayıb.

“Orada oynamaqdan və qol vurmaqdan həzz alırdım. Bu, məni hər cür qəzəbləndirməyə çalışdıqları bir stadion idi. Orada başqa aura var idi.

Təhqirlər məni narahat etmirdi. Düşündüyüm tək şey qol vurub onların ağzını necə bağlamaq idi. Mən “Kamp Nou”da qol vurmaqdan daha çox həzz aldım, nəinki “Bernabeu”da”, – Ronaldo “El Chiringuito”ya deyib.

Aut.az