Dünya futbolu

Messi dayanmır, bu dəfə dubl etdi, özü də… – Video

“İnter Mayami” Liqa Kubokunun qrup mərhələsində “Atlanta”ya 4:0 hesabı ilə qalib gəlib.

Aut.az xəbər verir ki, bu qarşılaşmada Lionel Messi dubl edib. Özü də Leo hər iki qolu ağ ayağı ilə vurub.

“TyC Sports”un məlumatına görə, argentinalı 8 ildən sonra ilk dəfə bir matçda sağ ayağı ilə 2 qol vurub. Hücumçu bunu görüşün ilk 22 dəqiqəsində edib. Messi ilk dəfə yeni komandasında start heyətində meydana çıxıb.

Messi sonuncu dəfə 2015-ci ildə “Levante” ilə oyunda “Barselona”nın forması ilə sağ ayağı ilə dubl etmişdi.

https://www.youtube.com/watch?v=6doESGrVmK4