Dünya futbolu

UFC döyüşünü izləyən Mourinyo məşhur ifadəsini işlətdi – VİDEO

Beynəlxalq fasilə ilə əlaqədar klub futbolu fasilədə olduğu bir vaxtda “Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo boş vaxtlarını keçirməyin yolunu tapıb.

Aut.az xəbər verir ki, Joze Londonda keçirilən UFC “Fight Night 254”-də iştirak edib.

Leon Edvards və Şon Bredi arasında döyüşün qalibini təxmin etməyi soruşduqda, portuqaliyalı özünün ikonik ifadəsini təkrarlayıb: “Əgər danışmağa başlasam, bəlaya düçar olaram!”

Aut.az