Digər

Azərbaycan millisi beynəlxalq təlim-məşq toplanışına qatıldı

Azərbaycanın gənc cüdoçulardan ibarət yığmasının 15 üzvü Almaniyanın Bremen şəhərində təşkil olunan beynəlxalq təlim-məşq toplanışına qatılıblar.

Aut.az xəbər verir ki, məlumatı Cüdo Federasiyasının mətbuat xidməti yayıb.

Toplanış qarşıdakı beynəlxalq turnirlərə hazırlıq məqsədi daşıyır.

Qeyd edək ki, martın 24-də startı verilən hazırlıq prosesi 26-na qədər davam edəcək.