Medina qalası oldu: “Rizəspor” ondan niyə imtina edib?
Türkiyənin “Rizəspor” klubu “Qarabağ”ın müdafiəçisi Kevin Medinanın transferindən imtina edib.
Bu barədə “Ajansspor” məlumat yayıb. Super Liqa klubu 30 yaşlı müdafiəçinin prosesi uzatması səbəbindən bu addımı atıb.
Daha əvvəl kolumbiyalı oyunçunun Qara dəniz təmsilçisi ilə anlaşdığı bildirilirdi.
Medinanın “Qarabağ”la müqaviləsinin müddəti 2024-cü ilin yayınadək qüvvədədir. O, 2020-ci ildən “köhlən atlar”ın formasını geyinir.
