“Neftçi”dən qaçan Saldanya “Partizan”da bu qədər məvacib alacaq
“Neftçi” ilə yollarını gözlənilməz şəkildə ayıran Mateus Saldandya “Partizan”la müqavilə bağlamağa hazırlaşır.
Aut.az-ın əldə etdiyi məlumata görə, müqavilə ilə Yaponiyanın “CEF Yunayted” klubuna məxsus olan braziliyalı forvard Serbiya təmsilçisində də icarə əsasında çıxış edəcək.
“Neftçi”də çıxış edərkən aylıq məvacibi 25 min dollar olan Saldanya yeni komandasında daha çox maaş alacaq. Maliyyə problemləri yaşadığı iddia edilən “Partizan” 23 yaşlı hücumçuya hər ay 40 min avro ödəyəcək. Bonuslarla bu müqavilənin illik müqavilə dəyəri 600 min avro olacaq.
Aut.az
