Dünya futbolu

Ronaldonun agenti onlarla görüşdü – Alınır

Deyəsən, Ronaldonun karyerasını  Səudiyyə Ərəbistanında davam etdirmək ehtimalı artır.

Aut.az CNN-in portuqaliyalı jurnalisti Bruno Andradeyə istinadla xəbər verir ki, Ronaldonun agenti Rikardo Requfe “Əl-Nəsr” rəhbərliyi ilə görüşüb.

Məlumatına görə, Səudiyyə Ərəbistanından olan agent klubun mənzil-qərargahında danışıqlar aparıb. Bildirilir ki, 37 yaşlı portuqaliyalının transferi üçün aparılan danışıqlar müsbət nəticəyə doğru gedir.

Bundan əvvəl məlumat yayılmışdı ki, Ronaldo hələ də Avropa klublarından təklif gözləyir.