Görün Moskva klubu “Fənər”in futbolçusuna nə qədər maaş təklif edib
Moskva “Spartak”ı 31 yaşlı mərkəz müdafiəçisi Aleksandr Cikanı almaq üçün “Fənərbağça” ilə danışıqları davam etdirir.
Aut.az xəbər verir ki, bu barədə Türkiyənin məşhur “Fənər Habers” kanalı “X” sosial şəbəkəsində məlumat yayıb.
Mənbənin məlumatına görə, İstanbul klubuna futbolçunun transferi üçün 5 milyon avro, futbolçunun özünə isə illik 2,3 milyon avro maaş təklif olunub.
Daha əvvəl bildirilib ki, Cika “Fənərbağça”nın baş məşqçisi Joze Mourinyonun planlarında yoxdur, ona görə də Türkiyə klubu onu “Spartak”a buraxmağa hazırdır. Aleksandr 2023-cü ildən “Fənərbağça”da oynayır, futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin iyun ayının sonuna kimi hesablanıb. “Transfermarkt” qanalı müdafiəçinin bazar dəyərini 6,5 milyon avro olaraq qiymətləndirir. Ötən mövsüm o, 38 oyun keçirib və 1 qol vurub.
Aut.az
