İsraili ittiham edən Ənvər bağışlanır?
“Maynts”ın cinah oyunçusu Ənvər Əl-Qazi Fələstin-İsrail münaqişəsi ilə bağlı mövqeyini klub rəhbərliyinə aydınlaşdırdıqdan sonra məşqlərə qayıdacaq.
Aut.az xəbər verir ki, bu barədə Almaniya komandasının rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, daha əvvəl 28 yaşlı Mərakeş əsilli niderlandlı sosial şəbəkələrdə Fələstinə dəstək yazısı yazıb. O, münaqişədə baş verənləri də soyqırımı adlandırıb.
El-Gazi daha sonra bu postu silərək yenisini yerləşdirib və burada sülh tərəfdarı olduğunu vurğulayıb. Lakin “Maynts” futbolçunu məşqdən uzaqlaşdırıb. Mətbuatın yazdığına görə, klub onunla müqaviləni ləğv etmək niyyətində də olub.
Aut.az
