Mükafatlandırma mərasimində təsirli anlar: Atası səhnəyə çıxdı və… -VİDEO
“Ballon d’Or”un mükafatlandırma mərasimində maraqlı an yaşanıb.
Aut.az xəbər verir ki, qapıçıların layiq görüldüyü “Lev Yaşin” mükafatını qazanan Emiliano Martinesə təşkilatçılar sürpriz ediblər.
Argentina millisinin dünya çempionluğundakı əsas pay sahiblərindən biri olan qolkiper mükafatını almaq üçün səhnəyə çıxanda “Çelsi”nin əfsanəsi Didye Droqba ona titulu təqdim etməyə tələsməyib.
Fil dişi sahilili veteran futbolçu səhnəyə süpriz qonağı çağırıb. Bu zaman pərdə arxasından Emilianonun atası Alberto çıxıb. O, mükafatı oğluna təqdim edib. Bu məqam ata və oğulu xeyli təsirləndirib.
