Dünya futbolu

Marselonun futboldakı kumiri: Görün kimdir

“Real Madrid”in və Braziliya millisinin əfsanəvi sabiq müdafiəçisi Marselo futbol kumirinin adını açıqlayıb.

Aut.az xəbər verir ki, Marselo digər braziliyalı əfsanə Roberto Karlosu xüsusi qeyd edib.

AS Marselonun sözlərini sitat gətirib:

“Mən Roberto Karlosun yanında olanda heç vaxt mövqe uğrunda yarışmamışam, istəmirdim: sadəcə onun məşqini və oyununu izləyirdim. Bu, mənim üçün kifayət idi.

Roberto Karlos mənə hər şeydə çox kömək etdi. Onu görəndə və onunla danışanda hələ də həyəcanlanıram və narahat oluram. Səbəbini anlamır, amma bu doğrudur, o, mənim kumirimdir. Roberto mənə meydanda və meydandan kənarda çox kömək etdi”.

Aut.az