Dünya futbolu

Ramil Şeydayev oynadı?

Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevin formasını geyindiyi “Buriram Yunayted” Tayland çempionatında növbəti oyununa çıxıb.

Aut.az xəbər verir ki, sözügedən komanda səfərdə “Manq Tonq Yunayted”in qonağı olub. 4 qolun vurulduğu matçda qalib müəyyənləşməyib.

Ramil bu görüşə start heyətdə başlayıb və fasilədə əvəzlənib.

“Buriram Yunayted” 10 turdan sonra 18 xalla 4-cü sıradadır.