İngiltərəDünya futbolu

Ərəblərdən təklif aldığını təsdiqlədi: Belə maaşlar cəlbedicidir

“Liverpul”un qapıçısı Alison Bekker Səudiyyə Ərəbistanı klublarının onunla maraqlandığı ilə bağlı iddialara münasibət bildirib.

Aut.az xəbər verir ki, o, haqqında yayılan informasiyaları təsdiqləyib:

“Bəli, maraq var idi. Digər oyunçuların Səudiyyə Ərəbistanında oynaya biləcəyi maaşlar haqqında eşidəndə, bir az da buna cəlb olunursunuz. Bu yaxşıdır, amma heç vaxt müqavilə müzakirə etmədim. Çünki “Liverpul”la müqaviləm var.

Sözləşməni bitirmək və ya yeni müqavilə imzalamaq istəyirəm. Mənim haqqımda başqa komandalarla danışıqlar aparmaq klubun maraqlarına uyğundursa, bu, ayrı söhbətdir. Mən Səudiyyə Ərəbistanı variantına açığam, amma indi yox”.

Qeyd edək ki, futbolçunun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir.

Aut.az