“Qarabağ”ın rəqibi evdə xal itirdi
Almaniya Bundesliqasında 13-cü turun oyunları keçirilir.
Aut.az xəbər verir ki, bu gün Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Bayer” doğma meydanda Dortmund “Borussiya”sı ilə qarşılaşıb. Matç 1:1 hesablı bərabərliklə başa çatıb.
Xallarını 35-ə yüksəldən “Bayer” ölkə çempionatında liderliyini davam etdirir.
