Almaniya

Təsdiqlədi: Avropa çempionatında əsas qapıçı o olacaq

Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmann 37 yaşlı qapıçı Manuel Noyerin yayda keçiriləcək Avropa çempionatında Almaniya millisinin əsas qapıçısı olacağını təsdiqləyib.

“Biz qərara gəldik ki, Noyer əsas heyətdə olsun. Təəssüf ki, Manu zədələndi, amma o, cəmi 10 gün buraxacaq, ona görə də mən qərarımı dəyişməyəcəyəm”, – jurnalist Fabritsio Romano “X” sosial şəbəkəsində Naqelsmanndan sitat gətirib.

Xatırladaq ki, zədə səbəbindən Noyer Fransa və Niderlandla yoldaşlıq görüşlərini buraxacaq. Fransa millisi ilə görüş şənbə günü, martın 23-də keçiriləcək. Çərşənbə axşamı, martın 26-da Niderlandla yoldaşlıq oyunu keçiriləcək.

Aut.az